Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
11:11
Bank kartı oğurlamışdı, cibindən narkotik də çıxdı

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan FaktXəbər-ə verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində əcnəbi vətəndaşa qarşı soyğunçuluq edərək, içərisində xeyli miqdarda pul, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə ələ keçirərək ağır cinayət törədən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı Rauf Tahirov saxlanılıb. Saxlanılan zaman R.Tahirovun üzərinə keçirilən baxış zamanı onun əynindəki gödəkcənin cibindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Rauf Tahirovun ətrafında aparılan araşdırmalar nəticəsində onun cari ilin mart ayında Elşad Babayevə məxsus fərdi yaşayış evindən də oğurluq etdiyi məlum olub.

Faktlarla əlaqədar R.Tahirov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə : Quba soyğunçuluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
70

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
86

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
141

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
270

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
226
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 14:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru