
Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev İmam Mehdi Sahib əz-Zaman (ə.f) mövludu münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
Bu gün dünya müsəlmanlarının böyük bayramı- on ikinci imamımız İmam Mehdi Sahib əz-Zamanın (ə.f) mövludu günüdür. Bu əlamətdar və əzəmətli bayram münasibətilə başda vəliyi-fəqih, mərceyi-təqlid, dünya müsəlmanlarının dəyərli lideri Seyid Əli Xameneyi cənabları olmaqla dünyanın tərəqqisevən şəhidpərvər müsəlmanlarını və gələcəyə böyük ümidi olan əziz Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.
İmam Mehdi (ə.f) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şəban ayının 15-də Samira şəhərində müsəlmanların on birinci imamı Həsən Əsgəri (ə)-ın ailəsində dünyaya gəlib. İmam Həsən (ə) şəhadətə yetişəndə o Həzrətin (ə.f) beş yaşı tamam idi. Atasının meyit namazını Özü qıldı.
Bundan sonra isə İmamın (ə.f) qeyb dövrü başlayıb. Allah təalanın ən böyük möcuzələrindən biri də məhz İmam Mehdinin (ə.f) günümüzə qədər qeybdə ömür sürməsidir. Müqəddəs Qurani-Kərimdə vəd edildiyi kimi, İmamın nə zaman zühur edəcəyi heç kəsə bəlli deyil.
Hədislərdən birində əziz İslam Peyğəmbəri (s) belə buyurur: “Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.”
Bu özlüyündə İslam dinində və müsəlman dünyasında intizar mədəniyyətinin əsasını qoydu. İslamda intizar fəlsəfəsi mahiyyəti etibarı ilə haqqın dirçəlişi və batilin məhvi kimi dərin bir məntiqə bağlıdır ki, buna bütün peyğəmbərlər iman gətirib və hikmətli kəlamlarındatəsdiq edilər.
İntizar mədəniyyəti müsəlman xalqımızın da mənəviyyatına həyat tərzinə və şüuruna hopmuşdur. Əhli-beyt (ə) əqidəsinə görə dünya, bəşəriyyət haqqa, ədalətə hamilədir. Düşünürük və əminik ki, müsəlmanlara, zəif dövlət və xalqlara zülmün, təcavüzün sonu olmalıdır, həm də bu son yetişməkdədir. İstilaçılıq, qəsbkarlıq, o cümlədən öz xalqına zülm siyasəti yürüdən hökmdarlar Yaradanın hikmətindən və cəzasından yan keçə bilməyəcəklər. Allahdan bu fərəc intizarımızı tezləşdirməyi diləyir, Sizləri bir daha əlamətdar gün, əzəmətli mövlud bayramı münasibətilə bir daha təbrik edir, hər kəsə bu zühurun şahidliyini arzulayırıq.”

Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel
Nazirlik koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
22
Aprel20-04-2021 11:09 AİP-in sədr əvəzi Hacı İlham Əliyevin məhkəməsi keçirilib
13-04-2021 11:07 AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi
21-05-2020 10:15 İslam Partiyası Beynəlxalq Qüds Günü ilə bağlı bəyanat yaydı
04-06-2019 14:39 Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi
09-04-2019 11:24 AİP xalqımızı və bütün dünya müsəlmanlarını təbrik etdi
27-03-2019 14:04 AİP ABŞ-ın Qolan təpələri ilə bağlı addımına etiraz etdi
- 22-04-2021 20:30 Ramazan ayının 10-cu gününün duası - AUDİO
- 21-04-2021 20:28 Ramazan ayının 9-cu gününün duası - AUDİO
- 21-04-2021 12:00 Ramazan ayının bəzəyi: HİL
- 20-04-2021 20:30 Ramazan ayının 8-ci gününün duası - AUDİO
- 19-04-2021 20:00 Ramazan ayının 7-ci gününün duası - AUDİO
- 16-04-2021 20:00 Ramazan ayının 4-cü gününün duası - AUDİO
- 16-04-2021 11:20 Ramazan ayı özünü qaydaya salmaq ayıdır
- 15-04-2021 20:00 Ramazan ayının 3-cü gününün duası - AUDİO
- 15-04-2021 11:59 Ramazan orucu nə zamandan tutulur?
- 14-04-2021 20:00 Ramazan ayının 2-ci gününün duası - AUDİO
- 14-04-2021 11:53 Ramazan ayında and içmək orucu batil edirmi?
- 13-04-2021 20:00 Ramazan ayının 1-ci gününün duası - AUDİO
- 13-04-2021 18:00 Ramazan ayının 4 adı
- 13-04-2021 15:10 RAMAZAN yağışında islana biləcəyikmi?
- 12-04-2021 12:46 Ramazan ayının təqvimi açıqlanıb
- 06-04-2021 12:05 Ümrə ziyarəti ilə bağlı şərtlər açıqlandı
- 29-03-2021 14:02 Ramazan ayı ilə bağlı fətva veriləcək
- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?