Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2019
15:32
Abşeronun İcra Hakimiyyəti vətəndaşın evini sökdürdü - FOTO

Aprelində 13-də toy mərasimi olacaq ailənin evi sökülüb. Abşeronun İcra Hakimiyyəti Saray qəsəbəsi, Rza Təhmasib küçəsi - 12 ünvanında yerləşən Hüseynov Rəsul Əjdər oğluna məxsus evi dağıdıb.

Hazırda küçədə qalmış ev sahibi Rəsul Hüseynov FaktXəbər-in əməkdaşına bildirib ki, evi 1999-cu ildə Abşeron İcra Hakimiyətinin sərəncamına əsasən tikib: "Evdə ailə üzvlərimlə birlikdə yaşayırdıq. 10 nəfərdən ibarət ailə küçədə qalıb. Onlarsdan 4-ü körpə uşaqdır. Aprelin 13-də oğlumun toyu olacaqdı. Gəlinimin cehizlərini evlə birlikdə dağıtdılar".

Ev sahibi qeyd edib ki, icra evini sökməmişdən əvvəl ondan 15 min manat pul və 4 sot torpaq istəyib:  “Təbii ki, bunu verməyə gücüm çatmadı. Evminin sənədlərinin hamısı qaydasındadır. İcra Hamiyyəti qoşunla evimə gəldi və qısa müddətdə evimi yerlə-yeksan etdi. Çadır tələb etməmizə baxmayaraq, onu da bizə vermədilər. Hazırda çöldə qalırıq, gəlib baxa bilərsiniz”.

Qeyd edək ki, hazırda Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovadır və prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir.

Prezidentin sərəncamı ilə bütün sənədsiz evlərin qeydiyyat işlərinin aparılmasına göstəriş verilməsinə baxmayaraq nədənsə Abşeron rayonunda buna əməl olunmur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
440

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
452

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
573

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
625
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 22:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru