Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2019
10:25
Sudandakı çevrilişi hansı ölkə dəstəklədi?

Sudanda hərbi çevrilişlə Ömər əl-Bəşirin devrilməsi ölkədə etirazların dayanması ilə nəticələnməyib. Hərbçilər prezidenti devrirərək 2 illik ölkəni idarə edəcək şura yaratsa da, narazı kütlə Sudanın ordu tərəfindən idarə olunmasını istəmir.

FaktXəbər bildirir ki, Sudanda çevrilişə dair beynəlxalq arenada reaksiyalar gəlməyə başlayıb. ABŞ, Avropa İttifaqı, Rusiya və İranın hərbçi çevrilişə reaksiyaları fərqli olub.

Dövlət Departamentin sözçüsünün müavini Robert Palladino bildirib ki, ABŞ sülhsevər və demokratik Sudanı dəstəkləyir: "Bu, Sudan xalqı üçün tarixi bir andır. Hazırda bu məsələ barədə yekun bir qiymətləndirməmiz yoxdur. ABŞ sülhsevər və demokratik Sudanı dəstəkləyir. Sudan xalqı onu kimin idarə edəcəyini özü müəyyənləşdirməlidir. ABŞ-ın hazırkı ortaq nöqtəsi Sudandakı səfirlik əməkdaşları və vətəndaşlarının təhlükəsizliyi və rifahıdır. Sudandakı vəziyyət dəyişkəndir və biz baş verənləri yaxından təqib edirik".

Rusiya tərəfi isə Sudanda tez bir zamanda stabilliyin yaranmasının tərəfdarı olduğunu açıqlayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə çıxış edib ki, ölkə ilə bağlı yekun qərar proseslərə uyğun ortaya qoyulacaq: "Moskva Sudandakı bütün siyasi qüvvələrin və güc strukturlarının ən qısa zamanda hakimiyyəti normallaşdırmaq və situasiyanın gərginləşməsinin qarşısını almaq məqsədilə son dərəcə məsuliyyətli hərəkət etməsinə ümid edir. Sudan daxilindəki problemləri, geniş milli dialoq əsasında sülh və demoktarik proseslərlə həll etməyə çağırırıq. Rusiya vətəndaşlarına bu ölkəyə səfər etməməyi tövsiyyə edirik. Yekun mövqe proseslərə uyğun ortaya qoyulacaq".

Avropa İttifaqı (Aİ) Sudanda xalqın dəyişiklik tələbinə hərbi şuranın cavab verməyəcəyini bəyan edib və hakimiyyətin mülki hökumətə təhvil verilməsini istəyib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini vurğulayıb ki, Sudan xalqı aylardır dinc və qərarlı şəkildə dəyişiklik tələb edib: "Afrika İttifaqı Komissiyasının sədrinin də (Musa Faki Məhəmməd) bu gün verdiyi bəyanatda qeyd etdiyi kimi, Afrika Birliyinin konvensiyasının prinsiplərini pozan hərbi şura xalqın dəyişiklik tələbini ödəyə bilməz. Yalnız etibarlı və əhatəli siyasi proses Sudan xalqının gözləntilərini qarşılaya bilər. Bu da yalnız hakimiyyətin sürətli şəkildə mülki hökumətə təhvil verməsi ilə reallaşa bilər. Bu vaxt ərzində bütün tərəfləri soyuqqanlı olmağa dəvət edirik".

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə Sudanda bütün tərəfləri sülh metodlarından istifadəyə və tələbləri müzakirələr yolu ilə dilə gətirməyə çağırıb: "Sudanda baş verənlər bu ölkənin daxili işləridir. Sudandakı bütün tərəflərin əmin-amanlığı qoruyub saxlamasını və sülh metodlarından istifadə edəcəyinə ümid edirik. Tələblər müzakirə və dialoq siyasəti dilə gətirilməlidir. Bu ölkədə qısa müddətdə sabit, əmin-aman və təhlükəsiz bir mühitin yaranmasına arzu edirik".

Məqalədə : Sudan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
537

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
683

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
693

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
749

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
720
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 19:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru