Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2019
14:11
Bakıda narkotik alverçiləri tutuldu - FOTO

Paytaxtın Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Mütəllim Babayev saxlanılıb. Onun üzərinə baxış zamanı 5,695 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. 

M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikilidən 3 kiloqram 200 qram narkotik vasitə olan heroin, 104,17 qram marixuana, həmçinin, elektron tərəzi və bir ədəd müvafiq sənədləri olmayan “Magnum” markalı ov tüfəngi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Əvvəllər məhkum olunmuş paytaxt sakini Rəfael Hüseynov Bakının Bakıxanov qəsəbəsində tutulub. Əlindəki idman çantasına baxış zamanı 5 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri Buzovna qəsəbəsində əkdiyini, daha sonra satmaq məqsədi ilə qurutduğunu bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə : narkotik alverçiləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
180

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
171

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
223

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
250
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 19:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru