
AİP Şəhidlər Sərvəri, İslam Peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn (ə)-ın mövludu münasibətilə xalqımızı və bütün dünya müsəlmanlarını təbrik edib.
FaktXəbər-ə daxil olan təbrik məktubunda deyilir: “Peyğəmbərimizin sevimli nəvəsi, Həzrət Əlinin (ə) və Xanım Fatimənin (ə) əziz oğlu, müsəlmanların üçüncü imamı, dinimizin xilaskarı İmam Hüseynin (ə) mübarək mövludu münasibətilə Əhlibeytsevər xalqımızı, bütün dünya müsəlmanlarını təbrik edirik. Bu gün dünyanın hər yerində, müsəlman aləmində bu mübarək günün fəzilətindən bəhrələnməyə çalışan müsəlman qardaş və bacılarımız həyatını və bütün dünyasını haqsızlığa, zülmə qarşı mübarizəyə həsr edən, azadlıqsevərliyini malik olduğu bütün sərvət və nemətlərdən üstün tutan, həyatını bu yolda qurban verən məsum İmam Hüseyni (ə) qəlblərində yad edir, ziyarətinə can atırlar. Hicrətin dördüncü ili Şəban ayının bu günündə Mədinədə dünyaya göz açan Həzrəti Hüseyn uşaqlıq dövrünü babası Həzrəti Peyğəmbərin (s.ə) yanında keçirmişdir.
O, atası Həzrəti Əlinin (ə) həyatını, elmini özünə örnək götürmüş, onun mərdlik və mübarizlik məktəbini əxz etmişdir. İslam düşmənlərilə mübarizədə və döyüşdə İmam Hüseyn şücaət və qələbə ruhiyyəsi baxımından atasından geri qalmamışdır. İmam Hüseynin(ə) dünyaya gəlişi, keçdiyi ömür yolu, imamətdə fəaliyyəti, Allah Təalanın onu İslam dininə töhfəsindən başqa bir məzmun daşımır. Dinimizin yaşamasını şərtləndirən məqamın-şəhidlik zirvəsinin İmam Hüseyn tərəfindən böyük şücaətlə fəth olunması yalnız Yaradanın təqdiratı idi ki, bu keyfiyyət yüz illərlə dünyanın müxtəlif xalqlarının, toplumlarının inqilab rəhbərlərinin, alim və filosofların azadlıq simvolu kimi tədqiqat, araşdırma mövzu və hədəfinə çevrilmişdir. İmam Hüseyn (ə) azadlıqsevər insanlar, xalqlar üçün ona görə əziz və müqəddəsdir, ona görə hədsiz məhəbbətlə sevilir ki, o təkcə öz dövrünün mübarizlik və yenilməz qəhrəmanlıq aşiqliyi nümunəsi deyil, bəşər durduqca bu əlamətlərin reallaşması üçün əsl örnək, bələdçi, sönməz işıqdır. Bu işığın nuruna qərq olanlar, mübarizə yolunu bu işıqla görənlər heç zaman məğlub olmazlar, daima qalibdirlər. Mübarək mövlud günü münasibətilə müsəlman qardaş və bacıları, xüsusən Əhli-beyt aşiqlərini bir daha səmimi qəlbdən təbrik edirik, hər kəsə Allahdan bu dünyada İmam Hüseynin ziyarətini, axirətində O Həzrətin şəfaətini nəsib etməsini diləyirik.”
Hacı İlham Əliyev,
Azərbaycan İslam Partiyasının sədr əvəzi

Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel
Nazirlik koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
22
Aprel20-04-2021 11:09 AİP-in sədr əvəzi Hacı İlham Əliyevin məhkəməsi keçirilib
13-04-2021 11:07 AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi
21-05-2020 10:15 İslam Partiyası Beynəlxalq Qüds Günü ilə bağlı bəyanat yaydı
04-06-2019 14:39 Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi
21-04-2019 10:20 AİP Azərbaycan xalqını təbrik edib
27-03-2019 14:04 AİP ABŞ-ın Qolan təpələri ilə bağlı addımına etiraz etdi
- 22-04-2021 18:04 Sağalanların sayı yoluxanları keçdi
- 22-04-2021 16:11 ETSN: "Havada müşahidə olunan toz lokal xarakter daşıyır"
- 22-04-2021 16:06 Atçılıq Mərkəzindəki atlar niyə acından ölür? - Nazirlikdən açıqlama
- 22-04-2021 15:25 Pərviz Abbasovla İmran Ağayev belə tutulub - VİDEO
- 22-04-2021 14:37 Suqovuşanda minalarının zərərsizləşdirilməsi anı - VİDEO
- 22-04-2021 14:26 Vaksinasiya ilə bağlı daha 2 nəfər işdən çıxarıldı
- 22-04-2021 13:45 Həbs edilən Pərviz Abbasovla İmran Ağayev kimdir? - Bioqrafiya
- 22-04-2021 13:30 Sabaha gözlənilən hava açıqlandı
- 22-04-2021 12:48 Selcuk Bayrakdar yeni hədəflərini açıqladı
- 22-04-2021 12:46 Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətdi - Rəsmi
- 22-04-2021 12:17 “Bravo” bu fotoya görə üzr istədi
- 22-04-2021 12:03 Nazirlik: Mingəçevir su anbarına kifayət qədər su ehtiyatı yığılıb
- 22-04-2021 11:58 Ermənilər Suqovuşanda daha çox plastik mina basdırıbmış
- 22-04-2021 11:31 Hüseynbala Mirələmov ADNSU-dakı vəzifəsindən azad edildi
- 22-04-2021 10:55 Azərbaycanlı akademik vəfat etdi - FOTO
- 22-04-2021 09:47 Zenit-raket bölmələrinin döyüş atışlı təlimi - VİDEO
- 21-04-2021 17:07 Polis reyd keçirib: 20 sürücü barəsində protokol tərtib edildi - FOTO
- 21-04-2021 16:46 Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI
- 21-04-2021 16:31 Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
- 21-04-2021 15:21 Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
- 21-04-2021 13:24 Azərbaycanda nazir koronavirusa yoluxub
- 21-04-2021 13:10 Sabahın hava proqnozu açıqlandı
- 21-04-2021 12:51 Prezident Hacıqabulla bağlı sərəncamlar verdi
- 21-04-2021 11:46 Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
- 21-04-2021 10:58 "ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb