Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
09:29
`Barselona` `Lion`a dərs keçdi, `Bavariya` isə azarkeşlərini üzdü - VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Barselona” doğma meydanda “Lion”u qəbul edib. FaktXəbər-in məlumatına görə, matç 5:1 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.

Oyunda hesabı 18-ci dəqiqədə Messi açıb. 31-ci dəqiqədə Koutinyo hesabı artırıb. 58-ci dəqiqədə Tusar qollardan birinin əvəzini çıxıb. 78-ci dəqiqədə Messi daha bir qol vurub. 81-ci dəqiqədə Pike də adını tabloya yazdırıb. Son nöqtəni isə Dembele qoyub.

Bununla da, “Barselona” növbəti mərhələyə keçib.

Günün digər qarşılaşmasında isə “Bavariya” doğma meydanda “Liverpul”u qəbul edib. Matç 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Oyunda hesabı 26-cı dəqiqədə Mane açıb. 39-cı dəqiqədə Matip avtoqola imza ataraq hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Van Dayk qonaqları hesabda irəli çıxarıb. 84-cü dəqiqədə isə Mane sonuncu qolu vuraraq yekun hesabı müəyyən edib.

Bununla da, “Liverpul” növbəti mərhələyə keçib.

Məqalədə : Barselona Liverpul 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
295

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
490

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
479
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 19:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru