Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2019
14:51
Nazir KVN-nin televiziyaya buraxılmaması ilə bağlı sualı cavablandırdı

Mədəniyyət naziri Əbülfəz Qarayev Azərbaycan Milli Kitabxanasının konfrans zalında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərlə bağlı mətbuat konfransı kçeirib.

FaktXəbər-in məlumatına görə, Əbülfəz Qarayev bildirib ki, Mədəniyyət Nazirliyi və Avropa İttifaqı arasında Tvininq proqramı çərçivəsində Avropa ölkələrinin mədəniyyət sahəsində keçdikləri yol müsbət və nümünəvi təcrübələrlə həyata keçirələcək.

Nazir qeyd edib ki, Prezidentlə görüş, orda olan səmimi söhbətlər, böyük imkanlar açıb və bu sahəni yenidən dirçəldib.

KVN "Parni iz Baku" teatrının siyasi baxışlarına görə televiziyaya buraxılmamaları barədə jurnalistlərin sualını cavablandıran nazir bildirib ki, televiziyalar özəl şirkətlərdir və kanallara göstəriş verə bilməz: "Bir neçə gün öncə onların Heydər Əliyev adına Sarayda tamaşa göstərdilər və biz onlara dəstək vermişik, gələcəkdə də onlara yardım edəcəyik".

Nazir daha sonra səviyyəli ziyalılarmızdan ibarət şura yadılması arzusunda olduğunu deyib, ancaq hazırda sadəcə tövsiyyə verə bildiklərini söyləyib.

Cəfər Cabbarlının ev muzeyi barədə məsələyə də toxunan nazir qeyd edib ki, o bina dövlətə məxsus olmayıb, ona görə də müdaxilə edə bilmirlər: "Biz yalnız muzeyin əmlakını oradan çıxara bilmişik. Cəfər Cabbarlının Xızıda yerləşən evi də muzey olacaq. Ailə üzvləri ilə danışdıq, onlar deyir ki ev sökülsün, onun yerində yeni daha gözəl ev tikilsin. O binanın texniki durumu pisdir, əgər dövlətin müəyyən orqanları icazə versə, orda hansısa işlər görmək olar. Yeri gəlmişən, Mikayıl Müşfiqin ev muzeyi barədə də deyim ki, müəyyən bərpa işləri görülüb. Biz istərdi ki, orada, yəni Xızıda müəyyən sanitar qovşaq yaradılsın, turistlər üçün müəyyən şərait olsun."

Məqalədə : Əbülfəz Qarayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
270

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
475

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
464
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 17:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru