
Cəmi 15 ildən sonra Rusiyada hər 3 sakindən biri müsəlman olacaq. FaktXeber.com-un məlumatına görə, belə gözlənilməz proqnozu Rusiyanın Müftilər Şurasının sədri Ravil Qaynutdin «Rusiyada İslamın tarixi: gələcəyə baxışla düşüncələr» konfransında çıxış edərkən verib.
Onun sözlərinə görə, cəmi 15 il sonra Rusiya əhalisi arasında müsəlmanların sayı 30 faiz təşkil edəcək (bu da 45-50 milyon insan deməkdir).
Qeyd edək ki, ötən ay «İctimai rəy» Fondunun sorğusuna əsasən Rusiyada müsəlmanlar hazırda sakinlərin 7 faizini təşkil edir (bu, 10 milyona yaxındır).
Qaynutdin məlumatların mənbəsini bildirməsə də, belə proqnozların praktika ilə təsdiqini tapdığını vurğulayıb.
Maraqlıdır ki, pravoslav protoyerey Dmitriy Smirnov da bu proqnozla razılaşıb. «Qovorit Moskva» radiostansiyasına müsahibəsi zamanı o, buna səbəb kimi müsəlman ailələrdə uşaqların çox olmasını göstərib: «Çeçen və İnquşlarda ailədə 8 uşaqdan çox var. Ruslarda isə ailədə cəmi 1-2 uşaq olur, bunun yanında abortların sayı-hesabı yoxdur».
«Rusların kökü 2050-ci ilə kimi kəsiləcək. Burda başqa xalqlar yaşayacaq», - deyə protorey xəbərdarlıq edib.
Qeyd edək ki, demoqraflar bu proqnozla razılaşmayıblar. Onların sözlərinə görə, əlbəttə müsəlman və qeyri müsəlman ailələrdə uşaq sayında fərq var, amma o qədər deyil: «Şəhər sakinləri artdıqca doğum sayı azalır. Şimali Qafqazda ancaq kəndlilərin hesabına artım var».
Bundan əvvəl Vzqlyad qəzeti araşdırması zamanı bildirmişdi ki, 9 ildən sonra Rusiya əhalisinin sayı yenidən azalmağa doğru gedib. Buna səbəb isə Şimali Qafqazda doğumların sayının sərt şəkildə azalmasıdır.
«Sivilizasiyaların dialoqu» Elmi Araşdırma İnstitutunun rəhbəri Aleksey Malaşenko İslamın təsirinin böyük olduğu regionlarda əhalinin maksimum 20 milyon olduğunu deyib. Bununla belə xarici faktorların da buna təsir qoyduğunu bildirib: Hər il Orta Asiyadan Rusiyaya qazanc dalınca gələn taciklər, özbəklər, qırğızların sayı orta hesabla 3 milyon olur. Lakin onların çoxu sonradan geri qayıdır: Neçəsinin Rusiyada qaldığı və Rusiya pasportu aldığı məlum deyil.
RF DİN-in sayıtının məlumatına görə, MDB dövlətlərindən gələn və Rusiya vətəndaşlığını qəbul edən müsəlmanların sayı ildə 100 mini keçir. Belə ki, 2017-ci ildə Orta Asiya dövlətlərindən və Azərbaycandan 113 min nəfər Rusiya pasportu alıb.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun21-05-2020 10:15 İslam Partiyası Beynəlxalq Qüds Günü ilə bağlı bəyanat yaydı
10-02-2020 21:24 Bakıda İslam İnqilabının 41-ci ildönümü qeyd edilib - FOTO
26-12-2019 12:26 Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb - VİDEO
24-12-2019 13:26 Çin Qurani-Kərimi yenidən yazmaq istəyir
11-12-2019 16:05 Məşhur diktor deputat olmaq istəyir
07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"