Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
18:51
Nazarbayev iş görə bilməyən Nazirlər Kabinetini istefaya göndərdi

Qazaxıstan Prezidentu Nursultan Nazarbayev hökuməti istefaya göndərib. 

FaktXəbər bildirir ki, bu barədə hökumətin rəsmi saytında məlumat verilib.

"Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsini əsas tutaraq Qazaıxstan hökumətini istefaya göndərirəm", - mətndə bildirilir.

Həmçinin qeyd edilir ki, müvəqqəti olaraq baş nazir vəzifəsini Əsgər Mamin icra edəcək.

Hökumət üzvləri Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənə kimi öz vəzifələrini icra edəcəklər.

Bir müddət əvvəl Nazarbayev qeyd etmişdi ki, hökumət Milli Bankla birlikdə iqtisadiyyatın keyfiyyətli artımı üçün real stimul və alətlər yaratmağı bacarmayıb və istefaya getməlidir. 

"Öncəki illərdə sosial-iqtisadi vəziyyət sabit olub. Bu, əlbəttə ki, müsbət haldır. Amma indiki zəmanə üçün bu, kifayət deyil", - N.Nazarbayev deyib.

Onun sözlərinə görə, icra orqanlarının formal yanaşması nəticəsində əhalinin sosial cəhətdən həssas təbəqəsi ünvanlı sosial yardım ala bilməyib. Prezident hökumət üzvlərinin, nazirlərin, akimlərin əhali ilə necə işləməyi, onların problemlərini dinləməyi, həyata keçirilən işləri və siyasəti necə izah etməli olduqlarını bilmədiklərini vurğulayıb.

O qeyd edib ki, yeni hökumət həyat səviyyəsinin yaxşılaşdırılması və iqtisadiyyatın stimullaşdırılması üzrə effektiv addımlar atmalıdır.

Məqalədə : Nursultan Nazarbayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
630

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
822

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
634
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-05-2021 23:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru