Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2019
09:59
Kərəm Həsənov Mingəçevirdə vətəndaşlarla görüşəcək

Fevralın 22-də  Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Mingəçevirdə vətəndaşlarla görüşəcək.

Bu barədə Faktxeber.com-a Komitədən bilidirilib.

Məlumata görə, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Mingəçevir şəhəri ilə yanaşı Yevlax, Ağdaş, Bərdə rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaşlar ƏMDK-nın fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər. 

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);

Komitənin Mingəçevir ərazi şöbəsi: (024) 274-45-00, (022) 336-45-62;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi: (022) 336-70-09, (024) 274-87-03;

Məqalədə : Mingəçevir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
175

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
281
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru