
Azərbaycan İslam Partiyası Müsəlman Birliyi hərəkatının sədri Taleh Bağırzadə və birliyin fəal üzvü Abbas Hüseynin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qapalı tipli həbsxanasında ağır işgəncələrlə üzləşdikləri barədə məhbus ailələrinin verdiyi məlumatlardan çıxış edərək vicdan məhbuslarına qarşı yol verilən əməllərə etiraz bəyanatı yayıb.
AİP mətbuat xidmətindən daxil olan bəyanatda deyilir: “ Dindar məhbuslara qarşı baş verən işgəncə halları məlumatlarının cəmiyyətdə yaratdığı ciddi narahatlıqları nəzərə alaraq bildiririk ki, hüquqi və demokratik inkişaf yolu tutmuş bir ölkədə məhbusların qeyri-qanuni rəftarlara, işgəncələrə məruz qalmaları heç bir ölçüyə və məntiqə sığmır. Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən insanların, xüsusən də cəmiyyətimiz üçün çox dəyərli din xadimlərinin fiziki zora, aqressiyaya məruz qoyulmaları dolayısı ilə dövlətə, dövlətçiliyə, ölkəmizin beynəlxalq imicinə qəsd kimi qiymətləndirilməli, bu əməli törədən ayrı-ayrı fərdlər vəzifəsindən və mövqeyindən asılı olmayaraq ciddi cəzalandırılmalı, insanlığa, şəxsiyyətə qarşı yolverilməz halların qarşısı qətiyyətlə alınmalıdır.
AİP bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələrində məhbus həyatı yaşayan insanlar, o cümlədən milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan ruhanilər bu ölkənin vətəndaşlarıdır və xalqımızın xidmətçiləridir. Bu gün xalqımızın içərisində qarşılıqlı düşmənçilik psixologiyası yayan, xalqı ayrı-ayrı qruplara və dəstələrə parçalayan ünsürlər düşmənlərimiz qarşısında xalqın birlik və həmrəylik prinsiplərini hakimiyyəthərisliklərinə qurban verirlər. Bu isə bizə gələcəkdə daha böyük bəlalardan xəbər verir. Torpaqlarımızın 20 faizinin, bərəkətli Qarabağ torpaqlarımızın düşmən tapdağında qaldığı indiki məqamda xalqa vətənpərvərlik duyğularını aşılayan insanların-din alimlərinin nəinki işgəncələrə məruz qalmaları, məhbəsdə saxlanmaları hesab edirik ki, yalnız yağı düşmənlərimizi sevindirər.”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun21-05-2020 10:15 İslam Partiyası Beynəlxalq Qüds Günü ilə bağlı bəyanat yaydı
04-06-2019 14:39 Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi
21-04-2019 10:20 AİP Azərbaycan xalqını təbrik edib
09-04-2019 11:24 AİP xalqımızı və bütün dünya müsəlmanlarını təbrik etdi
27-03-2019 14:04 AİP ABŞ-ın Qolan təpələri ilə bağlı addımına etiraz etdi
19-03-2019 10:00 AİP xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi
- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi