Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2019
12:21
Mingəçevir SES-ə əlavə avtotransformator qurlaşdırıldı

“Azərenerji” ASC enerjisistemin “Reablitasiya Proqramı” çərçivəsində “Mingəçevir” Elektrik Stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir. Stansiyada gərginliyi 220/110 kilovolt, (kV) gücü 200 meqavolt amper (MVA) olan avtotransormator, onun 220/110 kV-luq hücrələri, açarlarıı, ayrıcları qurlaşdırılıb. Kür çayının üstü ilə keçməklə 780 metr məsafədə yüksəkgərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub.

Bu barədə Faktxeber.com-a “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib. Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV hissəsiyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür.

Əlavə avtotransormatorun qoşulması ilə dayanıqlıq və etibarlılıq təmin olunmaqla yanaşı, tgərginlik də 2 kV artıb. Eyni zamanda əlavə avtotransformatorun qoşulması Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətliliyinə də müsbət təsir göstərib”.

Məqalədə : Mingəçevir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
145

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
266
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 14:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru