Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2019
11:07
Sənədi itmiş adam nə edə bilər?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 2 ildir sənədini itirənləri sevindirir. FaktXeber.com-a bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki,  “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.

«Bu günə qədər Azərpoçtun filial və şöbələrində 1142 sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 364, aidiyyatı üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 773-dur. Hal-hazırda poçt filialları və şöbələrində 5 sənəd sahibini gözləyir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təhvil verilir», - deyə məlumatda vurğulanıb.

Qeyd edilir ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.

Sənədini itirən şəxs “Poçtap” xidmətinin www.pochtap.az  internet səhifəsindən, “169” saylı çağrı mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb tapılmamasını öyrənə, tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. 

Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. 

Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə  yönləndirə  bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət rüsumu ödəyərək onu təhvil ala bilər. 

Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Vətəndaş sənədinin öz istəyi ilə hansısa ünvana çatdırılmasını istəyirsə, bu zaman rüsum "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14462

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13122

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14500

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14124

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19484

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13989

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14107
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 23:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru