Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
14:49
SOCAR neft və qaz hasilatını artırıb

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat 7,54 mln. ton neft, 6,53 mlrd. kubmetr qaz təşkil edib.

Bu barədə şirkət məlumat yayıb.

Neft hasilatı əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə 1,6%, qaz hasilatı 7,2% nisbətində yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 mln. ton neft və 30,49 mlrd. kubmetr təbii qaz hasil olunub. Beləliklə, illik neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 6,6% artıb.

 

SOCAR-ın I vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib ki, kəşfiyyat-hasilat layihələrinə sərmayə qoyuluşlarını davam etdirməklə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı əlverişli məqamda bazara daha çox məhsulun çıxarılmasına nail ola bilərik: “Azərbaycanda yeni qaz-kondensat yataqları kəşf olunur. Bu isə gələcəkdə qaz hasilatının xeyli artırılmasına imkan verəcək”. 

Məqalədə : SOCAR 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
375

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
724
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 02:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru