Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2019
16:06
Prezidentin `Abad məhəllə` layihəsini Qaradağda bərbad ediblər - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da “Abad məhəllə” layihəsi icra olunub. Rayonun Baş Ələt qəsəbəsi, Məhəmməd Füzuli küçəsində yerləşən 33, 44 və 46 saylı binaların da həyətində abadlıq işləri icra olunub. 2018-ci ildə başa çatan layihə çərçivəsində həyətdə nasos stansiyası, işıq dirəkləri qurulub. Blokların girişi və mərtəbələrin də işıqlandırılması üçün işlər icra olunub. Amma müvəqqəti.

Adıçəkilən binaların sakinləri FaktXəbər-ə şikayət ünvanlayıblar. Sakinlər bildirirlər ki, 3 aydır "Abad məhəllə" bərbad günə düşüb. Belə ki, 3 aydır nasos stansiyasına verilən elektrik enerjisi kəsilib və binaların birinci mərtəbəsindən yuxarı su qalxmır. Sakinlər balanslarında 20-25 manat olmasına baxmayaraq, sudan istifadə edə bilmədiklərini söyləyirlər. Bundan əlavə, həyətlərin işıqlandırılması üçün nəzərdə tutan işıq dirəklərinə verilən elektrik enerjisi də kəsilib. O cümlədən blokların girişində və mərtəbələrdə quraşdırılmış lampalar da yanmır, onlara gələn elektrik enerjisi də kəsilib.

Sakinlər üzləşdikləri problemlərə bağlı "Azərişıq" və "Azərsu"ya müraciət etmələrinə baxmayaraq, hər hansı bir cavab ala bilmədiklərini söyləyirlər.

Sözügedən problemlərlə bağlı əlaqədar "Azərsu" ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazidəki problemdən xəbərdardırlar və həmin nasos stansiyası üçün "Azərişıq"dan texniki şərt alınmalıdır. "10 gün müddətinə həmin problem həll ediləcək", - deyə, A.Cəbrayıllı bildirdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
372

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
335

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
311

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
340

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
312

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
457

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
446

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
429

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 22:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru