Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
11:52
`BakuBus`ın avtobusu `Jiquli`yə çırpılıb

Yanvarın 22-də axşam saatlarında Bakının Nizami rayonunda “Neftçilər dairəsi” (Dakar meydanı) yaxınlığında "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 7A saylı marşurut avtobusu qəza törədib.

Avtobus “Jiquli” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

"BakuBus"dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qəza dünən “Neftçilər” metrostansiyasının yaxınlığında baş verib: "Minik avtomobili 7A nömrəli marşrut xətti üzrə “Əhmədli” metrostansiyasının qarşısından Bakı Beynəlxalq Avtovağzalı istiqamətində hərəkət edən avtobusa dəyib. Amma şükür belə bir ciddi fəsad olmayıb. Xəsarət alan olmayıb. Hadisə ilə bağlı Dövlət Yol Polisinə və sığorta şirkətinə məlumat verilib. Hadisənin dəqiq baş vermə səbəbi araşdırmadan sonra məlum olacaq".

Məqalədə : BakuBus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda "patı" satan ana və oğlu saxlanılıb

03

Avqust
15:54
HÜQUQ,HADİSƏ
278

Deputat Eldəniz Səlimov saxlanılıb

03

Avqust
13:52
HÜQUQ,HADİSƏ
385

Deputatlar yenidən tətilə çıxıblar

03

Avqust
13:49
ÖLKƏ
375

Sabahın hava proqnozu açıqlanıb

03

Avqust
13:40
ÖLKƏ
363

Azərbaycanda benzin bahalaşıb

03

Avqust
12:48
İQTİSADİYYAT
636

İranda zəlzələ olub

03

Avqust
10:56
DÜNYA
474

Əfqanıstan Talibanla sülhə hazırdır

03

Avqust
10:17
DÜNYA
602
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2021 18:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru