Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2019
22:07
OPEK 2019-cu ildə Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb

2019-cu ildə Azərbaycanda neft hasilatı həcmi ötənilki səviyyədə qalacaq və orta hesabla 0,8 milyon barel/sutka təşkil edəcək.

Bu barədə OPEK-in yanvar hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, Energetika Nazirliyinin məlumatlarına əsasən Azərbaycanda 2018-ci ildə orta hesabla 792 min barel/sutka neft və kondensat hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 2 faiz çoxdur.

İlkin statistik məlumatlara əsasən, 2018-ci ilin dekabrında ölkədə neft hasilatı 27 barel azalaraq 0,71 milyon barel/sutka təşkil edib. Azalmaya səbəb “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın müvəqqəti dayandırılması olub.

Hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı dəyişməz olaraq – 0,8 milyon barel/sutka həcmində qalıb. 2019-cu ildə də eyni həcmdə hasilat proqnozlaşdırılır:

“Proqnozlara əsasən, 2019-cu ilin birinci yarısında Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 20 min barel azalaraq orta hesabla 0,79 milyon barel/sutka təşkil edəcək. İlin ikinci yarısında isə hasilatın 0,81 milyon barel/sutka təşkil edəcəyi gözlənilir”./Trend

Məqalədə : OPEK 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
315

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
287

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
399

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
377

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
403

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
437
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 12:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru