Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2019
12:42
`S-400`, yoxsa `Patriot` - Hansı daha güclüdür? - FOTO - VİDEO

Raket Əleyhinə Müdafiə sistemləri arasında dünyanın ən inkişaf etmiş iki texnologiyasının adı hallanır. FaktXəbər bildirir ki, bunlar Rusiya istehsalı olan "S-400" və Amerika istehsallı "Patriot" raketləridir.

Bəs, görəsən bu RƏM sistemlərindən parametrlərinə görə hansı daha güclüdür? Bunu müəyyən etmək üçün hər iki raketin malik olduğu üstünlükləri qeyd edəcəyik.

"S-400 Triumf" - (rusca: "C-400 Триумф"; NATO kod adı: "SA-21 Growler") və ya digər adı "S-300 PMU-3" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. "S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli "40N6" (400 km), uzun mənzilli "48N6" (250 km), orta mənzilli "9M96" (120 km) və qısa mənzilli "9M96E" (40 km) raketləri. "S-400" hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur. Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Patriot" yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

"MIM-104 Patriot" - ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-ın əsas müdafiə sənayesi şirkətlərindən biri olan "Raytheon" tərəfindən istehsal edilir. "Patriot" sistemi özündən əvvəl ABŞ Ordusunun silahlanmasında olan orta-uzun mənzilli "MIM-14 Nike-Hercules" və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan "MIM-23 Hawk" komplekslərini əvəz etmişdir. Bütün bunlara əlavə olaraq, "Patriot" sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunub. "Patriot" kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz edilib.

Məqalədə : S-400 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
312

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
251

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
321

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
334

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
281

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
466
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 07:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru