Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2019
09:17
Müəllimlərin imtahanında biabırçı nəticə

"Riyazıyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb".

Bu sözləri ekspert Qubad İbadoğlu bir neçə gün əvvəl Təhsil Nazirliyinin riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarının nəticələrinə münasibət bildirərkən deyib:

Q. İbadoğlu fənlər üzrə rəqəmləri açıqlayıb:

Biologiya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -51 faiz

İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edilən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 51 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90 faiz olub.

İnformatika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -10 faiz

İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edilən 20 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 10 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83 faiz olub.

Fizika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar - 6 faiz

İmtahanda iştirak edən 180 nəfərdən 11-i təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 6 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici 95 olub.

Kimya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar -5 faiz

İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edilən 30 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 5 faizi təqdim edilən sualların yarısından çoxunu cavablandırıb və ən yüksək göstərici isə 62 faiz olub.

Riyaziyyat fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar - 1 faiz

İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edilən 25 sualın 50 faizindən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 1 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63 faiz olub.

Görəsən, bu müəllimlərin dərs verdiyi şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getməzsə, onların arasında keçirilən testin nəticələri necə olardı?"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
243

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
361

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
338

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
347

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
463

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
532

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
694
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 20:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru