Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2019
10:09
Qubad İbadoğlu neftin qiymətinə münasibət bildirib

İqtisadçı alim Qubad İbadoğlu neftin 2019-cı ildə gözlənilən qiymətləri haqda açıqlama verib. Ekspert hesab edir ki, müstəqilliyimiz qədər kövrək olan iqtisadiyyatımızın dünya bazarında asılılığı son illlər azalmaq əvəzinə, yenidən artmağa başlayıb: 

"Bu illər ərzində qeyri-neft sektoruna güvənən dayanıqlı iqtisadiyyatın qurulmaması 2019-cu ildə xarici şokların rolunu daha da yüksəldib. 2015-ci ilin ikiqat devalvasiyasından sonra investorların və istehlakçıların etimadını tam itirmiş manata azacıq inam yarandığı indiki ərəfədə nəzərlər yenidən dünya bazarında neftin qiymətinə dikilib".

Neftin qiymətinə gəlincə,ekspert hesab edir ki, əvvəlki illərlə müqayisədə 2019-cu il üçün proqnoz vermək daha da çətinləşib: "Çünki, tələb və təklif arasında balansla bağlı xeyli qeyri-müəyyənliklər vardır. Belə ki, bu il Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tətbiqi nəzərdə tutulan dəniz yanacağının tənzimlənməsinə dair normativ tələblərə, OPEK və ora daxil olmayan 10 neft istehsalçısının ötən ayın əvvəlində hasilatın azalması ilə bağlı qərarına, ABŞ-ın İran neftinin istehlakçıları üçün sanksiyalarına necə əməl olunacağı yanaşı Venesuelada hasilatın enməsinin, eləcə də Liviyanı hasilat səviyyəsini saxlamaq qabliyyətininin davam etməsinə qədər çox saylı amillər neftin dünya bazar qiymətinin müəyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq". 

Qubad İbadoğlu dünya bazarında neftin hər barrelinin 55 dollardan ucuz olmasını Azərbaycan üçün sərfəli olmadığını hesab edir: 

"Əgər yuxarıda sadaladığımız səbəblərdən qiymət daha da ucuzlaşarsa onda 2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər. Nəzərə almaq lazımdır ki, gəlirlərin formalaşması yalnız qiymətdən deyil, miqdardan da asılıdır. Rəsmi proqnozlara görə bu il Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq. Beləliklə də cari ildə də Azərbaycan iqtisadiyyatında hər şey olmasa da çox şey dünya bazarında neftin qiymətlərindən asılı olacaq. Təəssüf ki, əsas ixrac kəmərinin işə düşməsindən 12 il ötməsinə baxmayaraq hələ də Azərbaycan iqtisadiyyatı dayanıqlı deyil, neft sektorundan, neft bölməsi də dünya bazarındakı şoklardan əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Bu isə şübhəsiz ki, 2019-cu ildə iqtisadiyyatın idarəolunmasının risklərini artıracaq".

Məqalədə : Qubad İbadoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
279

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
476

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
473
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 17:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru