Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2018
12:11
DİM: Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23 dekabr 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 483, BB qrupu üzrə 1365, ümumilikdə isə 1848 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Məqalədə : DİM dövlət qulluğu imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
125

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
150

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
145

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

22

İyun
10:32
MƏNƏVİYYAT
465

Azərbaycanda toylara icazə verildi

22

İyun
10:20
ÖLKƏ
833
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 15:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru