Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2018
11:32
Nazirlik bayram yarmarkalarının keçirilməsinə başlayır

Sabahdan Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları işə başlayacaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova məlumat verib.

Onun sözlərinə görə, dekabrın 30-na qədər davam edəcək yarmarkada azərbaycanlı fermerlər pulsuz iştirak edə biləcəklər.

“Bayram yarmarkalarına çıxarılacaq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlayaraq satışa buraxacaq. Nazirlik qiymətlərin formalaşmasında iştirak etməyəcək, yəni qiymətlər tələb-təklif əsasında müəyyən ediləcək. Növbəti illərdə də bu tipli yarmarkaların təşkilini planlaşdırırıq”, - deyə o, qeyd edib.

L.Məmmədovova rəhbərlik etdiyi şirkətin reallaşdırdığı “Kənddən şəhərə” layihəsi barədə də danışıb və Bakıda ilk mağazanın gələn həftə açılacağını deyib.

Bundan başqa, onun sözlərinə görə, hazırda “Dövlət Aqrar Ticarət Şirkəti” yerli fermerlərin məhsulunun ölkədən xaricdə satışını təşkil etməklə də məşğuldur: “Rusiya və Ukraynaya məhsul ixrac edirik. Digər ölkələrlə də danışıqlar aparırır, təkliflər almışıq”.(Report)

Məqalədə : bayram yarmarkaları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
170

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
166

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
208

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
235
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 17:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru