Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
16:46
Novruz Məmmədov Neft Fondunun iclasını çağırdı

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

İclasın gündəliyinə Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi, investisiya siyasəti, valyuta vəsaitinin idarə edilməsi və digər məsələlər daxil edilib.

Dövlət Neft Fondu tərəfindən qurumun 2019-cu il üçün büdcə layihəsi barədə təqdim edilən məlumatına əsasən, 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin baza göstəricisi olan 1 barel neftin ortaillik ixrac qiyməti növbəti il üçün dövlət büdcəsi ilə eyni 60 ABŞ dolları səviyyəsində götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun 2019-cu il üzrə büdcə gəlirlərinin ümumi həcminin 15 450,1 mln manat, büdcə xərclərinin 11 595,2 mln manat təşkil etməsi və Fondun büdcəsində 3 854,9 mln manat profisitin yaranması proqnozlaşdırılır. 

Dövlət Neft Fondunun 2019-cu il üçün investisiya siyasətinin müzakirəsi zamanı qeyd edilib ki, Neft Fondunun növbəti il üzrə investisiya portfelində xarici valyutalarda ifadə olunan aktivlərin çəkisi ABŞ dollarında 50%, Avroda 35%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır. 

Xərclərin strukturunda məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 200,0 mln manat, Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 364,3 mln manat, Fondun idarə edilməsi ilə bağlı xərclər 30,9 mln manat məbləğində olması proqnozlaşdırılır.

Eyni zamanda, iclasda Fondun 2019-cu ilin büdcə layihəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilərək irəli sürülən nəticə və tövsiyələrin baxılmasına dair tapşırıqlar verildi. 

Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında Qaydalarda dəyişikliklərin edilməsi barədə təklifləri müzakirə edildi və Şuranın üzvləri tərəfindən irəli sürülən təklif və tövsiyələrin nəzərə alındığı bildirilib. 

Müzakirələrin nəticəsi olaraq, Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 mln manat, xərclərinin 11 595,2 mln manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 mln manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayıldı və müvafiq olaraq Dövlət Neft Fondunun 2019-cu il büdcə layihəsi, o cümlədən, investisiya siyasəti daxil olmaqla, Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək, təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Həmçinin Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi qaydalarının təkmilləşdirilməsi məqsədi ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar" ında təklif edilən dəyişikliklər məqbul sayıldı və bu dəyişikliklərin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Məqalədə : Novruz Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
224

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
255

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
207

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
251

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
201

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
520
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 22:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru