Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
09:09
Bakı metrosunda “Azərbaycanin görkəmli rəssamlari” sərgisi olacaq

“Bakı Metropoliteni” QSC “MetroGallery ” layihəsi çərçivəsində daha bir layihə həyata keçirəcək. “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Milli İncəsənət Muzeyi birgə layihəyə start verir. FaktXeber.com-un məlumatına görə, dekabrın 20-də “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Nəriman Nərimanov” stansiyasında “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi təşkil ediləcək. 

Tamaşaçıları Azərbaycanın təsviri sənət antalogiyası ilə tanış etmək üçün sərgidə muzeyin kolleksiyasından XVII əsrdən günümüzə qədərki dövrə aid 85 boyakarlıq və qrafik əsər təqdim olunacaq. Altı ay müddətində davam edəcək sərgidə metro sərnişinləri Azərbaycanın təsviri sənət tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və başqa rəssamların yaradıcılığından nümunələrlə tanış olmaq imkanı əldə edəcəklər. Tamaşaçılar smartfon və ya planşetlərə “QR- Code” proqramı yükləyərək görkəmli rəssamların sənət əsərləri ilə virtual şəkildə də tanış ola bilərlər. 

“Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində keçirdiyi sosial aksiyalar sırasında “Dünya rəssamları” sərgisi, talassemiyalı uşaqlara yardım məqsədi ilə uşaqların rəsm əsərləri, Azərbaycan filmlərindəki fotolardan ibarət və Azərbaycanda Xəzər dəniz Gəmiçilik tarixinin 160 illiyini əks etdirən foto sərgilər də yer alıb.

Məqalədə : Metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
111

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
214

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 20:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru