Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2018
11:44
`İnstagram`da saxta profillə şantajla məşğul olan şəxs saxlanılıb

Polis sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib.

Polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırma aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.

Məqalədə : İnstagram 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
60

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
145

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
152

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
151

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
296

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
242
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 16:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru