Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2018
14:19
Bakı metrosunda generator problemi həll edilir

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarının alternativ enerji mənbəyi ilə təmin edilməsi ilə bağlı işlərini davam etdirir.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, yeni tikilməkdə olan Bənövşəyi xətt üzərində dizel elektrik stansiyası inşa edilir, Qırmızı və Yaşıl xətlər üzrə hərəkətin alternativ enerji ilə təmin edilməsi isə iki mərhələdə həyata keçiriləcək:

“Bunun üçün "Azərişıq" ASC-nin 10 yarımstansiyasında dizel elektrik stansiyası qurulur. Elektrik enerjisinin verilişində fasilə yaranarsa, həmin dizel stansiyaları avtomatik işə salınacaq”.

Məlumat üçün bildirək ki, ölkə başçısının göstərişindən sonra Bakı Metropoliteni" QSC generator almaq üçün tender elan edib. Tenderin qalibi Türkiyənin "MTU Motor Turbin Sanayi ve Ticaret" anonim şirkəti olub. Bu il sentyabrın 6-da qalib şirkətlə 6,33 mln. avro dəyərində satınalma müqaviləsi imzalanıb. 

Xatırladaq ki, 2018-ci il iyulun 2-də və 3-də Mingəçevir İES-də baş vermiş enerji qəzası ilə əlaqədar generatorlarla tam təmin edilməyən “Bakı Metropoliteni”nində  problemlər yarandı. İyulun 4-də müşavirədə çıxış edən sədr Zaur Hüseynov bildirib ki, ayın 2-də gərginlik itəndən sonra hərəkətdə olan 18 sərnişin qatarı dayanıb, 9-u stansiyalarda, 9-u tunellərdə qalıb. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları sönüb, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayanıb.

Qəzadan təqribən saat yarım sonra metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında əsaslı su xaric qurğularında suyun səviyyəsi kritik həddə çatmışdı.

Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərilmişdi. Qəzanın birinci günü ümumilikdə 154 nəfər sərnişin təxliyə edilib. Onlar arasında xəsarət alan olmayıb. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarılıb. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başlayıb. İyulun 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi verilişi dayananda analoji fəsadlar yaranıb və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub.

Prezident İlham Əliyev Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlərlə  bağlı metropoliten və bir sıra dövlət qurumlarının, strateji obyektlərin generatorlarla təmin edilməsi göstərişini verib.

Məqalədə : Generator 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
120

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
385

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 22:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru