Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
10:02
Çin ABŞ-dan neft və qaz idxalını dayandırır

Çin oktyabr ayında ABŞ-dan neft və mayeləşdirilmiş təbii qaz idxalını (LNG) sıfıra endirib. FaktXəbər bildirir ki, bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb.

"Reuters"in hesablamalarına görə, Pekinin idxalatı dayandırması Birləşmiş Ştatlara ildə 1 milyard dollar ziyanla başa gəlir. Çin ötən il ABŞ-dan təxminən 3,6 milyon ton LNG idxal edib.

Hazırda Çin qaz idxalını 17% artıraraq oktyabrda 9,7 milyon barrelə qədər çatdırıb. Səudiyyə Ərəbistanı və Rusiyadan neft alan Çin, LNG-ni də  Avstraliya (oktyabrda 2.27 milyon ton), Qətər (960 min ton) və Malayziyadan (496 min ton) idxal edir.

Qeyd edək ki, Pekin və Vaşinqton arasında münasibətlərin pozulması Birləşmiş Ştatarın Çinə əlavə dəyər vergisi tətbiq etməsi ilə başlayıb.

Məqalədə : Çin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
131

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
141

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
201

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
257

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
283

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 14:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru