Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
16:16
Rusiya XİN rəsmisi: `Lavrova qulaq asmayan Şoyqunu dinləməli olacaq`

Kreml ABŞ-ın Orta və Kiçik Mənzilli Raketlərinin Ləğv edilməsi Haqqında Müqavilə ilə bağlı düşüncəsiz hərəkət etməyəcəyi ümidindədir. FaktXeber.com-un məlumatına görə, bunu Rusiya XİN-in Silahlara Nəzarət və Yayılmaması məsələləri üzrə Departamentin direktoru Vladimir Yermakov deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Rusiya sazişi pozduğu üçün üçün Birləşmiş Ştatlar Orta və Kiçik Mənzilli Raketlərinin Ləğv edilməsi Haqqında Müqaviləyə riayət etməyəcək və müqavilədən çıxacaq.

«Biz hesab edirik ki, ABŞ düşüncəsiz hərəkət etməyəcək və dünyadakı real vəziyyətə ayıq şəkildə yanaşacaq. Lakin, əlbəttə, hadisələrin istənilən gedişatı üçün qərarlarımız hazırdır. Kim Serqey Lavrovu (RF XİN rəhbəri – red.) eşitmək istəmirsə, artıq Serqey Şoyqunun (RF müdafiə nazirinin - red) anlatdıqlarını dinləməli olacaq», - deyə, o bəyan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
120

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
155

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
180
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 18:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru