Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2018
08:51
Əfqanıstanda dəhşətli terror; BMT bəyanat yaydı - FOTO

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

FaktXəbər-in məlumatına görə, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilir ki, hadisə nəticəsində 72 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, partlayışı terrorçu-intiharçı törədib. 

BMT-nin baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasının üzvləri Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktını qətiyyətlə pisləyiblər.

Bəyanatda bildirilir: "Mülki şəxslərə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır. Günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün səyləri göstərmək lazımdır".

Qeyd edilir ki, baş katib ölənlərin ailələrinə və Əfqanıstan hökümətinə dərin hüznlə başsağlığı verib: "O, xəsarət alanların tezliklə sağalmasını diləyir".

BMT Təhlükəsizlik Şurasının bəyanatında isə deyilir: "Təhlükəsizlik Şurasının üzvləri terrorçuluğun bütün formalarında və təzahürlərində beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu təsdiq ediblər".

Məqalədə : Əfqanıstan Kabul 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
306

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
451
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 03:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru