Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2018
16:27
İmişlidə `ASAN xidmət` mərkəzi fəaliyyətə başlayıb - FOTO

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

İmişli “ASAN xidmət” mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək.

Şəhərin Heydər Əliyev prospektində yerləşən “ASAN Həyat” kompleksinin tikintisinə 2017-ci ildə başlanılıb, inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Kompleks dördmərtəbəli inzibati binadan və “ASAN park” istirahət guşəsindən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Hazırda respublikamızda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digər 10-u isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli və Şəkidə yerləşir.

Məqalədə : ASAN Xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
255

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
206

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
210

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
485

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
356
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 14:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru