Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2018
14:21
Azərbaycanda jurnalistlərin dil bilikləri üzrə attestasiyadan keçirilməsi təklif olunur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın əsas maddələri açıqlanıb.

Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu “Report”a açıqlamasında deyib ki, tədbirlər planında 30-dan çox maddə əksini tapıb:

“Maddələrə “Ölkə üzrə Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi”, “Həyatın müxtəlif sahələrində inkişafla əlaqədar olan yeni anlayışların sistemli şəkildə müəyyənləşdirilməsi və Dövlət Dil Komissiyasına təqdim edilməsi”, “Dilə daxil olan alınma sözlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi”, “Yeni sözlər bülleteninin nəşri”, “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” və s. daxildir”.

Onun sözlərinə görə, Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi məsələsinə AMEA nəzarət edəcək.

Məqalədə : jurnalist 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
185

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
216

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
422

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
656
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 11:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru