Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2018
10:41
Azərbaycanın ötən ay gündəlik neft hasilatı 783 min barrel olub

Energetika Nazirliyi oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub. Bunun 717 min barrelini xam neft, 66 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 66 min barrel kondensat, 4 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel, sentyabr ayında isə 796 min barrel olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 mln.barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Məqalədə : neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Göyçay sakini özünü körpüdən çaya atıb

04

İyun
10:18
HÜQUQ,HADİSƏ
236

Atəşkəs 22 dəfə pozulub

04

İyun
09:15
HƏRB
225

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
276

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
682

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
275

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
328

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
318
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 11:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru