Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2018
10:22
Novruzəli Orucovun oğlu şikayətini geri götürüb

Ali Məhkəmədə xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kassasiya şikayətini geri götürdükləri elan olunub.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra hər üç şəxs Ali Məhkəməyə müraciət ediblər.(report.az)

Məqalədə : General 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
625

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
822

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
634
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-05-2021 23:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru