Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2018
15:06
Ölkəmizdə qızıl və gümüş istehsalı artırılacaq

Gələn il Azərbaycanda 3 175 min qızıl filizləri və konsentratlarının istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 0,76% çoxdur.

Bu barədə 2019-cu il büdcə zərfində deyilir.

Məlumata görə, 2020-ci ildə 3 429 min ton, 2021-ci ildə 3 703 min ton, 2022-ci ildə 3 999,6 min ton qızıl filizləri və konsentratlarının istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən, ölkədə 3 151 min ton qızıl filizləri və konsentratları istehsal olacağı ehtimal olunur.

Gələn il ölkədə 2090 min ton gümüş filizləri və konsentratlarının istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 2,70% çoxdur.

Belə ki, 2020-ci ildə 2 194,5 min ton, 2021-ci ildə 2 304,2 min ton, 2022-ci ildə 2 479,4 min ton gümüş filizləri və konsentratlarının istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən, ölkədə 2 047 min ton gümüş filizləri və konsentratları istehsal olacağı ehtimal olunur.

Məqalədə : qızıl gümüş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
266

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
312

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
520
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 01:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru