Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2018
11:14
Qızılağacda dünən axşam başlayan yanğın söndürülüb

Qızılağac Dövlət Təbiət Qoruğunda dünən axşam saatlarında başlayan yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə daxil olan rəsmi məlumatda bildirilib ki, oktyabrın 25-i saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.

Məqalədə : yanğın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
276

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
324

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
525
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 02:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru