Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2018
13:43
DYP reyd keçirib, narkotik qəbul edən şəxs saxlanılıb

Bakıda reyd zamanı avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb. 

Bu barədə FaktXəbər-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Binəqədi rayonunda ictimai asayişi pozan, piyadaların və digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücülər barəsində ölçü götürülməsi üçün vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər davam etdirilir.

Sonuncu belə tədbir zamanı rayonun 6-cı mikrorayon ərazisində saxlanılan “Niva” markalı avtomobilin sürücüsü Asiman Yusiflinin sənədləri yoxlanılan zaman onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olub. Tədbir zamanı Biləcəri qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün saxlanılan “Ford” markalı avtomobilin sürücüsü Ziya Hüsniyev də saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Avtomobilə Binəqədi rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman siqaret qutusunda gizlədilən sürücüyə məxsus narkotik vasitə qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb. Sürücü Z.Hüsniyev ilkin sorğu zamanı sükan arxasına narkotik vasitə qəbul etdikdən sonra əyləşdiyini etiraf edib. Onun barəsində toplanan material qərar qəbul edilməsi üçün Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər də aşkar edilib. Belə ki, yol hərəkəti qaydalarını pozduğu üçün Binəqədi qəsəbəsində saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyi məlum olub.

Bundan əlavə, tədbir zamanı avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Binəqədi, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqalədə : yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
177

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
190

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
220

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
360
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru