Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2018
09:42
`Telekanallar reytinq xatirinə istədiklərini edə bilməz`

“Hazırda telekanallarda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir, lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil”. 

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, bir neçə ildir yerli serialların istehsalı sahəsində ciddi irəliləyişlər müşahidə olunur: “Bu gün müxtəlif məzmunda, istər dramatik, istərsə də komediya janrlarında xeyli sayda seriallar yayımlanır. Bu da onu göstərir ki, serial təsərrüfatı artıq inkişaf yolundadır”.

T.Dadaşov bildirib ki, əgər əvvəllər milli efir məkanında xarici seriallar hegemonluq edirdisə, bu gün milli seriallar kanalların efir məkanında özlərinə ciddi mövqe qazanıblar. MTRŞ rəsmisi bildirib ki, hazırda yayımçılar reytinq məsələsini əldə rəhbər tutaraq daha çox komediya janrında seriallara üstünlük verirlər: “Bu, müəyyən mənada başadüşüləndir. Lakin milli efir məkanımızda yer alan bəzi dramatik mövzulu seriallar da var ki, onlar reytinq və izlənmə baxımından komik seriallardan heç də geri qalmır və ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanır. Bu tipli uğurlu seriallar ölkəmizdə serial təsərrüfatının perspektivləri barədə nikbin olmağa imkan verir”.

Onun sözlərinə görə, əlbəttə ki, serial təsərrüfatının inkişafı, çəkilən serialların baxımlı olması, tamaşaçıda rəğbət və maraq oyatması bu sahədə çalışanların peşəkarlığından asılıdır: “Müsbət məqamlarla yanaşı, seriallarımızda gülüş xatirinə şit, bayağı səhnələr, dialoqlar, hətta bəzən qeyri-etik məzmunlu ifadələr, milli dəyərlərdən uzaq səhnələr və s. kimi neqativ cəhətlər də az deyil. Tək seriallarda deyil, televiziyalarda yayımlanan bir sıra veriliş və proqramlarda bu kimi məsələlərə rast gəlinir. Yayımçılar bu hallara diqqət yetirməlidirlər. Cəmiyyətdə, insanlarda qıcıq, narahatlıq, gərginlik, narazılıq yaradan hallardan uzaq durulmalıdır. Qanunvericiliyə müvafiq olaraq MTRŞ kanalların yaradıcılıq fəaliyyətinə qarışmır. Lakin bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər. Kanallar ictimai rəyi nəzərə almalıdırlar. Reytinqi də, maddi qazancı da müəyyən çərçivələr daxilində əldə etmək daha yaxşı olardı".

Məqalədə : MTRŞ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
770

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
972

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
759
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 10:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru