Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2018
12:32
DSMF-nin 2019-cu il üçün gəlir və xərcləri açıqlanıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üçün büdcəsinin gəlir və xərcləri arçıqlanıb. "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 3 928 104 000 manat səviyyəsində nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 110 684 590, qeyri-büdcə sektoru üzrə 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub.

Sənəddə, gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 502 732 410 manat götürülüb.

Fondun 2019-cu il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 834 944 000 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 3 743 000 000 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 91 944 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 24 628 000, hamiləliyə və doğuşa görə 29 716 000, uşağın anadan olmasına görə 7 200 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 400 000 manat, dəfn üçün 17 000 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 500 000 manat proqnozlaşdırılıb.

Məqalədə : DSMF 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
90

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
330

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
325

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
309

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
307

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
363

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
412
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 09:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru