Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2018
09:35
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov gümüş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından FaktXəbər-ə verilən məlumata görə, çempionatın ikinci yarış günündə 57, 65, 79 və 92 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizə aparıblar.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Cəbrayıl Həsənov (79 kq) çətinlik çəkmədən Puerto-Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı dörddəbir finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabı ilə önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib.

İdmançımız oktyabrın 22-də amerikalı Kayl Duqlas Deyklə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin qələbəsi ilə başa çatıb. Beləliklə, C.Həsənov dünya çempionatında gümüş medala sahib çıxıb.

Məqalədə : Cəbrayıl Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
353

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
638
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 10:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru