Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
12:30
Maştağada istixanada narkotik yetişdirən şəxs saxlanılıb

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN-dən Faktxeber.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağatahir Zəkiyev saxlanılıb.

Onun Albalılıq yaşayış sahəsindəki evinin həyətinə baxış zamanı 2 kiloqram 150 qram qurudulmuş marixuana və istixanada kultivasiya yolu ilə yetişdirilən 2115 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq A.Zəkiyevin evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi də aşkarlanıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri təxminən bir ay əvvəl əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə : istixana Maştağa DİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
172

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
185

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
215

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
354
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 01:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru