Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2018
11:19
Göygöldə fəhlələri daşıyan avtomobil aşıb: 2 ölü var

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Son məlumata görə, Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində, Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb. 

Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb. 

Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfov yaralanıblar. Qəzaya uğrayan yük maşının sürücüsü isə xəsarət almayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə : avtomobil aşıb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 03:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru