Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
09:25
Növbədənkənar parlament seçkiləri haqda MSK-dan açıqlama

11 aprel prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasında Milli Məclisin üzvlərindən də istifadə olunması deputatların sayının azalmasına səbəb olub.

Belə ki, ölkə prezidentinin sərəncamına əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin Gənclər və idman Komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar. Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü icra hakimiyyəti orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə maksimum 2 ay müddətində baxıb deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir. Artıq qeyd olunan qanuni prosedurlar həyata keçirilib.

4 deputatın mandatının ləğvi o deməkdir ki, Milli Məclis üzvlərinin sayı daha dörd nəfər azalıb, 125-dən 119-a düşüb. Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ilin martında onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, 2018-ci ilin aprelində deputat Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Beləliklə, hazırda Milli Məclisdə 6 deputat yeri boşdur.

Yuxarıda xatırlatdığımız hadisələrə görə deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar seçki dairələri.

Deputatsız qalan dairələrdə yeni seçkinin keçirilib-keçirilməyəcəyinə gəlincə, MSK katibi Mikayıl Rəhimov bildirdi ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı prezident sərəncamı verildikdən sonra bəlli olur.

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbədənkənar seçki olmayacağı halda növbəti parlament seçkilərinə iki ildən artıq müddət qalıb. Deməli, qanunvericilik boş qalan dairələrdə yeni seçkilərin keçirilməsi zərurətini yaradır.

Bir müddət öncə bu ilin payızında Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ehtimalının olduğu xəbərləri yayılmışdı. Lakin hələ ki bu haqda rəsmi qərar verilməyib. Son vaxtlar yayılan xəbərlərə görə, növbədənkənar parlament seçkilərinin növbəti ilin aprelində keçirilməsi gözləniləndir. Bu ilin qalan 3 ayında isə ölkə miqyaslı seçkiyə gedilməsi böyük ehtimalla reallaşmayacaq. ("Yeni Müsavat")

Məqalədə : MSK seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
171

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
176

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
254

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
327

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
312
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 21:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru