Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
16:23
Neftin qiyməti 100 dollar/barrelə çata bilər

Birjalarda xam neftin qiyməti 100 dollar/barrelə çata bilər.

Bu proqnozla Asiya-Sakit Okean Neft Konfransında iştirakı zamanı “Mercuria” əmtəə ticarət şirkətinin rəhbəri Daniel Jaeggi çıxış edib.

O bildirib ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların öz təsirini hiss etdirməyə başlaması ilə neftin bir barrelinin qiyməti bu ilin sonunda və ya 2019-cu ilin əvvəlində 100 dollara çata bilər.

Qlobal neft tələbatı ilk dəfə gündəlik 100 milyon barrelə yaxınlaşarkən, Venesuela, Liviya və Nigeriyada istehsaldakı ləngimələr bazarda neft çatışmazlığı yaradır.

“ABŞ-ın sanksiyaları ilə əlaqədar bu ilin dördüncü rübündə bazarda gündəlik 2 milyon barrelədək kəsir yaracaq və bu proseslər fonunda neftin qiyməti 100 dollar/barrelədək yüksələ bilər. Hazırda bazarda sutkada 2 milyon barrelədək boşluğu kompensasiya edəcək təchizatçı yoxdur”, - deyə o bildirib.

Xatırladaq ki, ABŞ-ın İranın əsasən neft ixracını hədəf alan ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.

Məqalədə : neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
268

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
255

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
357

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
337

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
368

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
382
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 06:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru