Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2018
16:18
Cənubi Koreya İrandan neft idxalını tamamilə dayandırıb

Cənubi Koreya ABŞ-ın təzyiqləri nəticəsində İrandan neft ixracını tamamilə dayandırıb.

FaktXəbər bildirir ki, "Bloomberq"in xəbərinə görə, İrandan iyul ayında 194 min barrel neft idxal edən Cənubi Koreyalı neft şirkətləri avqustda neft alışını sıfıra endirib.

Koreya Enerji İqtisadiyyatı İnstitutu mütəxəssislərindən Kim Jae-Kyunq ABŞ ilə münasibətlərin davam etdirilməsinin Cənubi Koreya üçün son dərəcə əhəmiyyətli olduğunu bildirərək, "Cənubi Koreyanın milli təhlükəsizliyi ABŞ ilə hərbi ittifaqa bağlıdır. Bu da hökumətlər arasında danışıqlar başa çatmamışdan əvvəl idxalı proaktiv olaraq azaltmağa yönəldir", - deyə bildirib.

Xatırladaq ki, ABŞ nüvə müqavilədən birtərəfli olaraq çəkilməsindən sonra İrana ilk mərhələdə sanksiyaları 7 avqustda işə salacağını açıqlamış və müttəfiqlərindən İranla neft ticarətlərini ikinci mərhələ sanksiyaların başlayacağı 5 noyabra qədər başa çatdırmasını istəmişdi.

ABŞ rəhbərliyi 5 noyabrda işə salacağı ikinci mərhələ sanksiyalarla İranın neft ixracını sıfıra endirməyi düşünür. Ancaq Çin və Hindistan başda olmaqla İranın neft ixrac etdiyi ölkələr Tehranla ticarəti tamamilə dayandırmayacaqlarını bildirib.

ABŞ-ın istədiyi şəkildə İranın neft ixracının sıfıra enməsi mümkün görünməsə də, sanksiyalarla Tehranın neft ixracının təxminən 1 milyon barrelə düşməsi nəzərdə tutulur. Bu da təxminən 60 milyard dollar olan İranın illik neft gəlirinin 27 milyard azalması deməkdir.

Bu arada Cənubi Koreya İrandan neft idxalının sərbəst şəkildə ölkəyə daxil edilməsi məsələsində ABŞ ilə müzakirələrini davam etdirir. İran gündəlik orta hesabla 2 milyon 200 min barrel olan xam neft ixracının yarısını Çin və Hindistana, 25 faizini Avropa ölkələrinə, bir qismini isə Cənubi Koreya, Yaponiya və Türkiyəyə satır.

Məqalədə : İran nefti sanksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
455

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 11:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru