Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2018
10:02
İsveçdə Parlament seçkilərində gözlənilməz nəticə: Müxalifət hökuməti istefaya çağırdı

İsveçdə Riksdaq (Parlament) seçkilərində cüzi fərqlə hökumətyönlü “qırmızı-yaşıl” alyans liderlik edir. FaktXeber.com-un məlumatına görə, bu barəfə SVT xəbər verib. Bildirilir ki, 90 faiz bülletenin nəticələrinə görə Sosial Demokrat Partiyası, Sol Partiya və Ətraf Mühit Partiyası 40.6 faiz səs toplayıb. 

Mərkəzi Partiya, Liberal Partiya və Xristian Demokratlar Partiyasının daxil olduğu Müxalif sağ-mərkəzçi koalisiya 40.3 faiz səs toplayıb.

Milliyyətçi, antimiqrant İsveç Demokratları Partiyası isə səslərin təxminən 17,6 faizini qazanaraq üçüncü yerdə qərarlaşıb.

Belliklə, heç bir siyasi qüvvə parlamentdə çoxluq hökuməti qura bilməyəcək.

Bu fonda müxalif alyansın lideri Ulf Krissterson, Stefan Leven hökumətini istefaya səsləyib. 

Bildirilir ki “İsveç demokratlar”ın lideri Yimmi Okesson müxalif alyansla hökuməti qurmaq barədə danışıqlar apamağa hazır olduğunu bəyan edib. Sağ mərkəzçi koalisiyadan sözügedən təklifə açıqlama verilməyib.

Məqalədə : İsveç 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
600

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
802

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
629
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-05-2021 22:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru