Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2018
15:58
Azərbaycana Türkmənistandan toz-dumanı daxil olub

Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, departamentin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən sentyabrın 5-ində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.

Məqalədə : toz duman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
315

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
246

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
391

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
637
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 18:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru