Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2018
18:25
Mingəçevirdəki enerji qəzasının vurduğu ziyanın miqdarı açıqlanıb

Bu il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş verən qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib. 

FaktXəbər-in “Report”a istinadən məlumatına görə, bu rəqəm qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxıb.

Məlum olub ki, qəzanın baş verdiyi və nəticələrinin aradan qaldırıldığı 2 gün ərzində abunəçilər 23 mln. kVt/saat həcmində elektrik enerjisi ilə təminatdan məhrum olublar. Beynəlxalq təcrübəyə görə, abunəçiyə ötürülməyən hər kVt/saat elektrik enerjisinə görə ziyanın məbləği 100 dollar götürülür. Azərbaycan iqtisadiyyatında sənayenin payının az olduğu nəzərə alınaraq, bu rəqəm 12 dollar müəyyən edilib. Bu metodla hesabladıqda əhaliyə və iqtisadiyyata 276 mln. ABŞ dolları yaxud 469,2 mln. manat (ABŞ dollarının bu günə olan məzənnəsi 1,7 manatdır) ziyan dəydiyi müəyyən edilib. Qeyd edək ki, Mingəçevirdəki məlum qəza zamanı 2 gün ərzində ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. 

Xatırladaq ki, Prezident Administrasiyasından verilən məlumata görə, Prezident İlham Əliyev Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub, işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

Məqalədə : qaranlıq işıqlar söndü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
541
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru