Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
11:20
Azərbaycanlı fotomüxbirinin işi Amerika Fotoqrafiya Cəmiyyətinin qızıl medalına layiq görülüb

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyanın Neqotin şəhərində keçirilən “ADVENTURE 2018” beynəlxalq fotomüsabiqədə Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) qızıl medalına layiq görülüb.

FaktXəbər-in məlumatına görə, Beynəlxalq Foto Sənəti Federasiyası (FİAP) və Amerika Fotoqrafiya Cəmiyyəti (PSA) tərəfindən keçirilən “ADVENTURE 2018” müsabiqəsinə dünyanın 46 ölkəsindən 148 iştirakçının 2570 işi təqdim edilib.

İlqar Cəfərovun 25 il bundan əvvəl, 1993-cü ilin aprel ayında Murovdağ zirvəsində çəkdiyi “Etibarlılıq” adlı fotoşəkil PSA-nın qızıl medalına layiq görülüb. O vaxt Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində rayon sakinləri bu yollardan keçərək öz doğma yurdlarını tərk etməyə məcbur qalmışdı.

Fotomüxbirinin “İdman” nominasiyasına aid iki işi isə bu müsabiqədə PSA-nın Fəxri Lentinə və beynəlxalq “Global Photographic Union” təşkilatının mükafatına layiq görülüb.

Məqalədə : İlqar Cəfərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
266

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
307

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
520
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 01:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru