Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2018
11:16
`Neftçi`nin baş məşqçisi: `Təəssüflənirəm` - VİDEO

"Çoxsaylı qol epizodlarından istifadə edə bilmədiyimiz üçün təəssüflənirəm".

FaktXəbər-in məlumatına görə, bunu "Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Premyer Liqanın 3-cü turunda "Qarabağ” klubu ilə oyundan (1:1) sonra deyib.

İtaliyalı mütəxəssis səfər heç-heçəsinə sevinsə də, çoxsaylı qol epizodlarından istifadə olunmadığı üçün təəssüfləndiyini açıqlayıb:

"Mənə xoşdur ki, burada gülən simalar görürəm. Komandamız çox güclü olduğunu sübut etdi. Kifayət qədər qol imkanlarımız oldu. Ağır oyun olsa da, futbolçularımızdan razıyam. Müdafiə futbolu oynayan komanda qol imkanı yarada bilməz. Biz isə oyun ərzində 7-8 qol imkanı qazandıq. Bir tərəfdən səfər heç-heçəsinə görə sevinirəm, digər tərəfdən çoxsaylı qol epizodlarından istifadə edə bilmədiyimiz üçün təəssüflənirəm. Bununla belə, gözəl futbol nümayiş etdirdiyimiz üçün şadam”.

Məqalədə : Neftçi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
450

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
377

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
352
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 00:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru